JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Uzun illər hüquq-mühafizə orqanlarında şərəf və ləyaqətlə xidmət etmiş ehtiyatda olan polkovnik Xalid Səfərəliyevin vəfatı xəbəri dərin kədər hissi ilə qarşılanmışdır.

Xalid Səfərəliyev ömrünü dövlətə, qanunun aliliyinə və xalqına xidmətə həsr etmiş peşəkar və prinsipial rəhbərlərdən biri olmuşdur. O, müxtəlif illərdə Daxili İşlər Nazirliyinin Saatlı rayon milis şöbəsinin rəisi, DİN-in Passport və Qeydiyyat şöbəsinin rəisi vəzifələrində çalışmış, 1982–1987-ci illərdə isə DİN-in Sosialist Əmlakının Oğurlanmasına qarşı Mübarizə İdarəsinin rəisi olmuş, eyni zamanda nazirliyin kollegiya üzvü kimi məsul vəzifələri layiqincə yerinə yetirmişdir.

X.Səfərəliyev xidmət etdiyi illər ərzində yüksək peşəkarlığı, tələbkarlığı, dürüstlüyü və insanlara münasibətdə həssaslığı ilə həmkarlarının və onu tanıyan hər kəsin hörmətini qazanmışdır. Onun hüquq-mühafizə orqanlarının inkişafında və peşəkar kadrların yetişməsində əhəmiyyətli xidmətləri olmuşdur.

Səmərəli fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilmiş, o, SSRİ-nin “Xalqlar Dostluğu” ordeni və bir sıra fəxri fərmanlarla təltif edilmişdir.

Xalid Səfərəliyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Mərhumun ailəsinə, yaxınlarına və bütün doğmalarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.

Allah rəhmət eləsin.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX