Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 18 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin işinin təşkili ilə bağlı Azərbaycan Respublikasının elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Dövlət Universitetində (BDU) tədris və təlim-tərbiyə prosesinin mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkili barədə qərar qəbul olunub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, qərara uyğun olaraq, bu gündən təsdiq edilmiş dərs cədvəlləri üzrə tədris prosesinin “Microsoft Teams” platforması vasitəsilə təşkilinə başlanılıb. Universitetin bütün fakültə və struktur bölmələrində onlayn dərslərin fasiləsiz və keyfiyyətli şəkildə həyata keçirilməsi üçün zəruri texniki və təşkilati tədbirlər görülüb.
Hazırda 15 mindən çox tələbə distant təhsil prosesinə cəlb edilib. Tədris prosesinin mövcud qaydalara uyğun, operativ və səmərəli şəkildə davam etdirilməsi təmin olunur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.