AZ

1500-ə yaxın gəmi Hörmüz boğazında gözləyir

Hörmüz boğazı yaxınlığında hazırda təxminən 1500 tanker və yük gəmisi keçid icazəsi gözləyir.

News365.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.

Bildirilib ki, tanker və quru yük gəmiləri Hörmüz boğazından keçmək üçün İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) icazəsini gözləyir.

Məlumata görə, İran Hərbi Dəniz Qüvvələri regionun akvatoriyasının qorunması məqsədilə yüksək hazırlıq vəziyyətinə gətirilib və Fars körfəzi ərazisində nəzarəti davam etdirir.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur və burada yaranan hər hansı gərginlik qlobal enerji bazarına birbaşa təsir göstərir.

Seçilən
14
3
news365.az

4Mənbələr