AZ

Dünənki yağış sünidir? Ekoloq açıqladı

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanda son dövrlər müşahidə olunan intensiv yağışlar cəmiyyətdə ciddi müzakirələrə yol açıb. Paytaxt və ətraf ərazilərdə, eləcə də rayonlarda yağıntıların həcmi kəskin şəkildə artaraq aylıq normanı bir neçə dəfə üstələyib. Rəsmi statistika Bakı və Abşeron yarımadasında yağıntının miqdarının 40–55 mm-ə çatdığını göstərir. Bu göstərici aylıq normadan təxminən iki-üç dəfə çoxdur. Mövcud hava şəraiti fonunda sosial şəbəkələrdə iqlimə süni müdaxilə iddiaları gündəmə gəlib. Yayılan mülahizələrə görə, regional iqlim dəyişikliyinə xarici texnoloji amillər təsir göstərir. İddialardan birində İranın Birləşmiş Ərəb Əmirliklərindəki iqlim qurğularını sıradan çıxarması və bunun bölgədə yağıntıları artırması qeyd olunur. Digər tərəfdən, quraqlıqdan əziyyət çəkən İranın buludları süni şəkildə sıxlaşdıran kimyəvi maddələrdən istifadə etdiyi də ehtimallar arasındadır. İran rəsmiləri isə öz növbəsində İsrail və BƏƏ-ni günahlandıraraq, buludların ölkəyə çatmadan vaxtından əvvəl yağdırıldığını irəli sürür. Eyni zamanda bəzi yerli şəxslər Bakıdakı yağışların da süni şəkildə yağdırıldığını iddia edirlər.Bəs son vaxtlar normadan artıq müşahidə olunan yağıntılar bu cür süni müdaxilələrlə bağlıdır, yoxsa iqlim dəyişikliyinin nəticəsidir?Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az-a danışan ekoloq Sadiq Həsənov bildirib ki, səsləndirilən iddiaların elmi əsası yoxdur və daha çox təbliğat xarakteri daşıyır:“Hazırda dünyada elə bir texnologiya mövcud deyil ki, buludları bir ərazidən digərinə yönləndirərək orada quraqlıq yaratsın. Hətta gələcəkdə belə bir imkan yaransa belə, bu, son dərəcə böyük maliyyə xərci tələb edər. Bu halda sual yaranır, bu qədər böyük vəsait xərcləyib hansı nəticəni əldə etmək istəyirlər? Ona görə də bu kimi fikirlər elmi əsasdan uzaqdır”.Ekoloqun sözlərinə görə, Azərbaycanda yağıntıların normadan bir neçə dəfə artıq qeydə alınması yeni hal deyil:“Bu cür hallar 1953, 1969 və 1993–1994-cü illərdə də müşahidə olunub. Hazırda müşahidə olunan dəyişikliklər əsasən iqlim dəyişikliyi ilə bağlıdır. Yer kürəsində orta temperaturun 1.5°C-dən-2°C-ə artması davam edir. Bu isə əsasən yanacaq istehlakının artması nəticəsində atmosferdə karbon dioksid, karbon monoksid, metan və azot oksidlərinin miqdarının yüksəlməsi ilə əlaqədardır. Nəticədə qlobal istiləşmə baş verir. Atmosferdə toplanan bu qazlar günəşdən gələn enerjinin tam şəkildə geri qaytarılmasına maneə törədir və istiliyin saxlanmasına səbəb olur. Bu proseslər iqlim sisteminə təsir göstərir. Rütubətlilik də artıb. Bunun nəticəsində Arktikadan gələn siklonlar, buzlaqların əriməsi fonunda, daha aktiv şəkildə regionumuza, xüsusilə Şərqi Sibir istiqamətindən daxil olur. Bu da intensiv və normadan artıq yağıntıların artmasına səbəb olur”.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr