WUF13-də iştirak edən Ukrayna Baş nazirinin müavini, icmalar və ərazilərin inkişafı üzrə nazir Oleksiy Kulebanın APA İnformasiya Agentliyinə müsahibəsi
— Cənab nazir, WUF13-ünUkrayna üçün əhəmiyyəti nədir?
— Ümumdünya Şəhərsalma Forumuna ilk dəfədir qatılırıq. Əlbəttə, bu? Ukrayna üçün çox vacibdir, çünki biz müharibə davam etdiyi halda ölkəmizi transformasiya etməyə davam edirik. Və əlbəttə, bu bizim üçün dünyaya Ukraynada nələrin baş verdiyini göstərmək üçün bir imkandır.
Təəssüf ki, dağıdılmış və ya zədələnmiş evlərimizi, obyektlərimizi göstəririk. Amma digər tərəfdən, biz göstərə bilirik ki, tək deyilik. Tərəfdaşlarımız, dostlarımız, o cümlədən Azərbaycandan olan dostlarımız bizə kömək edir, dəstək göstərirlər.
Məhz bunun sayəsində Ukraynanın bərpasında mühüm nəticələr əldə etmişik. Düşünürəm ki, bu rəqəmlər min sözdən daha çox şey deyir. Çünki Borodyanka kimi layihələrimiz var və orada bərpa üçün kompleks yanaşmadan istifadə edə bilirik.
Həmçinin “Hansen Housing Initiative” kimi layihələrimiz var. Bu, Ukraynaya 20 milyon dollardan çox vəsait ayıran amerikalı bir vətəndaşın təşəbbüsüdür. Biz Donetsk bölgəsindən və Ukraynanın digər bölgələrindən köçkün düşmüş insanlar üçün möhtəşəm yaşayış evləri inşa edirik.
— Azərbaycanın yenidənqurma təcrübəsindən, o cümlədən Qarabağdakı bərpa təcrübəsindən faydalanmağı planlaşdırırsınız?
— Əlbəttə, biz müxtəlif əməkdaşlıq imkanları axtarırıq. Yalnız bərpa sahəsində deyil, həm də infrastruktur və iqtisadi sahələrdə yeni layihələr üzərində işləyirik.
Əgər Azərbaycanın bərpa təcrübəsinin Ukraynada tətbiqindən danışırıqsa, düşünürəm ki, bunlar fərqli bərpa növləridir. Çünki Ukraynada müharibə hələ də davam edir.
Bu gün təəssüf ki, cənub bölgələrimizə, Odessa və digər şəhərlərə kütləvi dron hücumu olub. Buna görə də, təəssüf ki, bu vəziyyətləri müqayisə edə bilmərik.
Amma bizim məhsuldar əməkdaşlığımız var və əminəm ki, bu, gələcək əməkdaşlığımız üçün yalnız ilk addımdır.
Ukraynanın bərpasına xarici investorların maraq səviyyəsi necədir?
— Heç bir dövlət vəsaiti, tərəfdaşlarımızın, dostlarımızın və müttəfiqlərimizin maliyyə dəstəyi belə bütün ehtiyacları tam şəkildə qarşılaya bilməz. Əlbəttə, bu baxımdan dövlət-özəl tərəfdaşlığı əsas məsələdir və hökumət olaraq bizim əsas prioritetlərimizdən biri Ukraynaya investisiya yatırılması və maliyyənin cəlb edilməsidir. Bu sahədə Çornomorsk limanının konsessiyası kimi çox yaxşı nümunələrimiz var. Keçən il bu konsessiya üçün hazırlıqlara başladıq və indi artıq yekun mərhələdəyik. Deyə bilərəm ki, dünyanın ən böyük şirkətləri bu prosesə qoşulub və bu da dünya şirkətlərinin Ukraynaya marağının nəticəsidir.
Bu, bir növ şirkətlərin Ukraynaya investisiya qoymağa hazır olduqlarının göstəricisidir.
WUF13-də Ukraynanın dünyaya mesajınədir?
— Bizim mesajımız çox sadədir: Ukrayna yalnız müharibədən ibarət deyil.
Ukrayna həm də infrastruktur və mənzil sahəsində dayanıqlılığın yeni lideridir.
Çünki bizim bütün təcrübəmiz və biliklərimiz dünya üçün çox faydalı olacaq.