AZ

İş görəndə göbəyinin yanı şişir?-Cərrahdan açıqlama - Video




Göbək nahiyəsində şişkinlik varsa, xüsusilə yeməkdən sonra, ağırlıq qaldıranda və ya çox hərəkət etdikdə bu şişkinlik artırsa, bu qarın ön divarında yırtığın əlaməti ola bilər.


Ən çox:göbək yırtığı, qarın ön divarı yırtığı, qasıq yırtığı kimi hallardabu görünür.

Medicina.az xəbər verir ki, cərrah Səkinə Xudıyeva qadınlarda yırtıqların müalicəsindən danışıb.

"Bir çox insan bunu sadə köp və ya piyənmə hesab edib gecikdirir. Amma yırtıq vaxtında müalicə olunmadıqda, təxirəsalınmaz cərrahi vəziyyət yarada bilər.
Çünki zaman keçdikcə: şişkinlik böyüyə bilər, ağrı arta bilər, bağırsaq sıxılması riski yarana bilər, təcili əməliyyata ehtiyac ola bilər

Bu səbəbdən belə əlamətlər varsa, mütləq cərrah müayinəsi vacibdir.
Müasir əməliyyatlarda yırtıq aradan qaldırılarkən, xüsusilə qadınlarda qarın ön divarı diastazı da bərpa edilə bilir.

Yəni həm sağlamlıq problemi həll olunur, həm də qarın divarı daha toparlanmış görünüş qazana bilir.

Unutmayın: Vaxtında edilən əməliyyat, gecikmiş təcili əməliyyatdan daha təhlükəsiz və rahat olur".




Seçilən
31
1
medicina.az

2Mənbələr