Tbilisi, 18 may, AZƏRTAC
Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı bütün detallar razılaşdırılıb və bu dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) olan hissəsi çox tezliklə istifadəyə veriləcək. Bu layihə rabitə funksiyamızın gücləndirilməsi baxımından çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş nazir İrakli Kobaxidze gürcü jurnalistlərə açıqlaması zamanı bildirib.
“Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı bütün detallar razılaşdırılıb və dəmir yolunun bu hissəsi çox tezliklə istifadəyə veriləcək. “Gürcüstan Dəmir Yolları” istismarı təmin edəcək, Azərbaycan tərəfi ilə birgə müəssisə yaradılacaq və bu layihə bizim əlaqə funksiyamızın gücləndirilməsi baxımından çox vacibdir”, - deyə İ.Kobaxidze bidirib.