Türkiyənin Mersin vilayətinin Tarsus rayonunda restorana silahlı hücum olub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlı hücum nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.
İlkin məlumata görə, silahlı şəxs əvvəlcə yerli restoranlardan birinə daxil olaraq qəfildən atəş açıb. Bu zaman obyektin sahibi və bir əməkdaşı ölüb.
Bundan sonra isə qatil avtomobillə ərazidən qaçıb və öünnə çıxan hər kəsi güllələyib.