AZ

Məhərrəmliyə az qalır Qızıl ucuzlaşacaq?

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Məhərrəmlik ayının yaxınlaşması ölkədə toy mərasimlərinin təxirə salınması və şadlıq saraylarının fəaliyyətində durğunluq yaranması ilə nəticələnir. Bu dövr hər il zərgərlik sektoruna, xüsusən də zinət əşyaları bazarına təsirsiz ötüşmür. Toy mövsümünün başa çatması ilə qızıl məmulatlarına olan daxili tələbatın kəskin azalmasının qiymət siyasətinə necə təsir edəcəyi isə ən çox maraq doğuran məqamlardandır.Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a bildirib ki, Azərbaycanda qızılın qiyməti daxili bazardakı tələb və təkliflə birbaşa və ciddi şəkildə bağlı deyil:"Qiymətlər əsasən beynəlxalq qızıl bazarlarında formalaşan dəyərə uyğun müəyyənləşir və yerli bazar bu dəyişiklikləri əks etdirir. Son dövrlərdə dünya bazarında qızılın qiymətində ucuzlaşma müşahidə olunur və bu da daxili bazara təsirsiz ötüşmür. Məlumatlara görə, əvvəlki dövrdə bir unsiya qızılın qiyməti təxminən 5000 dollara qədər yüksəlmişdi, hazırda isə 4500 dollar civarında dəyişir. Bu eniş Azərbaycanda da qiymətlərin müəyyən qədər aşağı düşməsinə səbəb ola bilər. Lakin bu dəyişikliklər əsasən xarici bazar amilləri ilə bağlıdır və yerli daxili faktorların təsiri nisbətən zəif qalır".İqtisadçı onu da əlavə edib ki, yerli səviyyədə qeydə alınan aktivlik qlobal qiymət siyasətini üstələmək gücündə deyil. Ölkə daxilində qızıl ticarəti ilə məşğul olan şəxslər qiymət təyin edərkən dünya birjalarının son göstəricilərini əsas götürürlər."Yəni müəyyən dövrlərdə alıcı fəallığı artsa da, bu, qlobal qiymət tendensiyasını əsaslı şəkildə dəyişmir. Nəticə etibarilə, qızılın qiymətindəki əsas istiqaməti yenə də beynəlxalq bazarlar müəyyən edir",- deyə ekspert qeyd edib.Qeyd edək ki, bu il Azərbaycanda Məhərrəm ayı hicri-qəməri təqvimi ilə 1448-ci ilin başlanğıcı olaraq 2026-cı il iyunun 16-da başlayıb, iyulun 15-də başa çatacaq. Ayın ən mühüm günü olan Aşura günü iyunun 25-nə təsadüf edir.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
1
demokrat.az

2Mənbələr