AZ

Antonio Rüdiger "Real"la müqaviləsinin müddətini uzatmağa razılıq verib

Müdafiəçi Antonio Rüdiger İspaniyanın "Real" klubu ilə müqaviləsinin müddətini uzatmağa razılıq verib.

"Far.Az" "AS" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı almaniyalı futbolçunun yeni sözləşməsi 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Mənbənin məlumatına əsasən, futbolçu son illərdə digər klublardan, o cümlədən Səudiyyə Ərəbistanından sərfəli təkliflər alıb. Buna baxmayaraq, o, karyerasını Madriddə davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ildən "Real"ın formasını geyinir. Onun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər qüvvədədir. Rüdiger Madrid təmsilçisinin heyətində keçirdiyi 182 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
16
far.az

1Mənbələr