AZ

Xamenei hücum nəticəsində tanınmaz hala düşüb?

İran Səhiyyə Nazirliyi ölkənin 56 yaşlı Ali lideri Müctəba Xameneinin sağlamlıq vəziyyəti ilə bağlı yayılan iddiaları təkzib edib.

Publika.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, ABŞ və İsrailin bombardmanları zamanı Müctəba Xameneinin aldığı xəsarətlər onun xarici görünüşünü eybəcər hala salmayıb. Xameneinin xəsarətləri hər hansı bir bədən üzvünün amputasiyasına və ya əlilliyə səbəb olmayıb.

Xatırladaq ki, "Reuters" agentliyi Tehranın mərkəzindəki iqamətgaha endirilən zərbədən sonra Xameneinin üzünün tanınmaz hala düşdüyünü və hər iki ayağının ciddi zədə aldığını yazmışdı.

Seçilən
16
publika.az

1Mənbələr