AZ

Toyda baş verən hadisə təəccübləndirdi

Çində baş tutan qeyri-adi bir toy mərasimi qonaqları gülüşə qərq edib. Metbuat.az xəbər verir ki, bəy və gəlin toyun ortasında gələcək evlilik həyatındakı ən böyük problemi – "ev işlərini kimin görəcəyi" məsələsini həll etmək üçün qonaqların gözü qarşısında güləş yarışı təşkil ediblər. İdman həvəskarı olan cütlük toy salonunun tam mərkəzində xüsusi güləş rinqi qurdurub. Qonaqlar ilkin olaraq bunun sadəcə bir şou olduğunu düşünsələr də, bəy və gəlin tam ciddi şəkildə mübarizəyə başlayıblar. Yarışın şərtinə görə, məğlub olan tərəf evdəki bütün təmizlik, yemək və qabyuma işlərini öz öhdəliyinə götürməli idi. Gəlinlik libasında olmasına baxmayaraq, gənc qadın bəyin gözləmədiyi peşəkar bir fənd işlədərək onu kürəyi üstə yerə yıxmağı bacarıb.

Salondakı qonaqlar gəlinin bu qələbəsini böyük coşqu və alqışlarla qarşılayıblar. Yerdən duran bəy isə gülərək "Artıq evimizin rəsmi rəhbəri bəllidir, mən önlüklərimi indidən sifariş edirəm" deyib.

Seçilən
25
metbuat.az

1Mənbələr