AZ

Azərbaycan şahmatçıları Astanada 2 qızıl və 1 bürünc medal qazanıblar

Qazaxıstanın Astana şəhərində türkdilli ölkələrin şahmat çempionatının bağlanış və mükafatlandırma mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, tədbirdə kişi və qadın komandaları arasında çempionatın, eləcə də 16 yaşadək şahmatçıların olimpiadasının yekun nəticələri açıqlanıb.

Azərbaycan şahmatçıları turniri uğurla başa vuraraq 2 qızıl və 1 bürünc medal qazanıblar.

Mükafatlandırma mərasimində lövhələr üzrə fərqlənən şahmatçıların da adları elan olunub. Azərbaycan təmsilçilərindən Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Xaqan Əhməd, Paşam Əlizadə və Murad İbrahimli qızıl medala layiq görülüblər.

Əhməd Əhmədzadə gümüş medal qazanıb, Misrətdin İskəndərov və Şiroğlan Talıbov isə bürünc medalla təltif olunublar.

Seçilən
17
90deqiqe.az

1Mənbələr