"Beşiktaş" komandası baş məşqçi Sərgən Yalçınla əməkdaşlığa son qoyub.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssislə müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edildiyi bildirilib.
Qeyd edək ki, Sərgən Yalçın 2025-ci ilin avqustunda "Beşiktaş"ın baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında Türkiyə Superliqasında geridə qalan mövsümü 60 xalla 4-cü pillədə başa vurub.