"Şamaxı"nın futbolçusu David Santos Portuqaliyada ön çarpaz bağın rekonstruksiyası əməliyyatı keçirib.
Klubdan Moderator.az-a verilən məlumata görə, braziliyalı müdafiəçinin əməliyyatı uğurla başa çatıb.
Xatırladaq ki, David Santos "Sabah"a uduzduqları Misli Premyer Liqasının XXX turunun oyununda (0:3) zədələnmişdi.