AZ

Qonşu mübahisəsi faciə ilə nəticələndi: 87 yaşlı kişi öldürüldü

Türkiyədə yaşlı iki qonşu arasında baş verən mübahisə faciə ilə nəticələnib.


News365.az yerli mediaya istinadla xəbər verir ki, hadisə zamanı 85 yaşlı Çelem A. ilə 87 yaşlı Mehmet Ali Kılınç arasında mübahisə yaranıb. 

Mübahisənin böyüməsi nəticəsində Çelem A. ov tüfəngi ilə qonşusuna atəş açıb və onu öldürüb.

Hadisədən sonra polis tərəfindən saxlanılan şübhəli məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.


Hadisə ilə bağlı araşdırma davam edir.


Seçilən
18
news365.az

1Mənbələr