AZ

Xameneyinin sağlıq durumu barədə rəsmi açıqlama verildi

ain.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

ABŞ və İsrailin bombardmanları zamanı İranın Ali lideri Müctəba Xameneyinin aldığı xəsarətlər onun xarici görünüşünü eybəcər hala salmayıb.

Bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, məlumatda qeyd olunur ki, Xameneinin xəsarətləri hər hansı bir bədən üzvünün amputasiyasına və ya əlilliyə səbəb olmayıb: “Ali rəhbərin aldığı travmalar onun üzünün və ya ümumilikdə xarici görünüşünün eybəcərləşməsi ilə nəticələnəcək xarakterdə deyil”.

Xatırladaq ki, daha əvvəl “Reuters” agentliyi öz mənbələrinə istinadən xəbər vermişdi ki, Tehranın mərkəzindəki iqamətgaha endirilən zərbədən sonra 56 yaşlı Xameneinin üzü tanınmaz hala düşüb, həmçinin hər iki ayağı ciddi zədələnib.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
28
azpost.info

10Mənbələr