ABŞ prezidenti mümkün siyasi varislik və ölkənin gələcək idarəçiliyi ilə bağlı ciddi narahatlıq ifadə edib...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp gələcəkdə onun yerinə uyğun olmayan şəxsin seçilməsinin ABŞ üçün ciddi nəticələr doğura biləcəyini bildirib.
“Fortune” jurnalına verdiyi müsahibədə Trampdan mümkün varislər arasında dövlət katibi Marco Rubio, vitse-prezident C. D. Venc və oğlu kiçik Donald Trampın olması barədə sual soruşulub.
Tramp cavabında bildirib ki, gələcəkdə bu vəzifəni kim tutursa-tutsun, həmin şəxs ABŞ üçün son dərəcə mühüm rol oynayacaq.
“Kim bu vəzifəni alsa, çox vacib bir şəxs olacaq... Əgər yanlış insan seçilsə, bu, fəlakətə səbəb olacaq,” deyə ABŞ prezidenti vurğulayıb.
Siyasi analitiklər Trampın bu açıqlamasını həm varislik müzakirələrinin başlanğıcı, həm də ABŞ daxilində gələcək liderlik uğrunda siyasi rəqabətin siqnalı kimi qiymətləndirirlər. Ekspertlərin fikrincə, bu cür bəyanatlar Respublikaçılar Partiyası daxilində potensial güc balansına da təsir göstərə bilər.
Müşahidəçilər qeyd edirlər ki, Trampın mümkün varis kimi bir neçə yüksək vəzifəli fiqurun adını çəkməsi ABŞ siyasi gündəmində liderlik məsələsini daha da aktuallaşdırır.
Poliqon.info