AZ

Baş rol ifaçısı məşhur serialı tərk edir

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Mövsüm finalinə hazırlaşan ekran işində hamını təəccübləndirən gedişat qeydə alınıb. Tamaşaçıların maraqla izlədiyi layihədə baş rol ifaçılarından biri komandanı tərk edib.Demokrat.az xəbər verir ki, söhbət "OGM Pictures" şirkətinin istehsalı olan "A.B.İ." serialından gedir. Ekran işində əsas obrazlardan birini canlandıran Afra Saraçoğlu layihə ilə yollarını ayırıb. Məşhur aktrisa ilk bölümlərdən bəri hüquq müstəvisində mübarizə aparan vəkil Çağla xarakterinə həyat verirdi.Çəkiliş meydançasından sızan məlumatlara görə, Çağlanın ekran işindəki taleyini bəlli edən son səhnələr artıq lentə alınıb. Aktrisa ssenariyə uyğun olaraq layihənin 17-ci bölümündə komanda ilə rəsmən vidalaşacaq.Rejissorluğunu Cem Karcının etdiyi serialda bu ayrılıq süjet xəttini tamamilə dəyişəcək. Kenan İmirzalıoğlunun canlandırdığı Doğan obrazı hekayədə çətin sınaqla üz-üzə qalacaq. Atasının itkisindən sonra vəkil Çağlanın da gedişi onu daha sərt və qaranlıq qərarlar almağa məcbur edəcək.Qeyd edək ki, ekran işinin iyunun 23-də yayımlanacaq seriya ilə yay tətilinə çıxması planlaşdırılır.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
1
demokrat.az

2Mənbələr