AZ

Putin Pekin səfəri öncəsi videomüraciət edib: Rusiya və Çin əməkdaşlığı dünyada sabitləşdirici rol oynayır

BAKI, 19 may. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinin Çinə rəsmi səfəri ərəfəsində verdiyi mesajlar Moskva ilə Pekin arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir.

Teleqraf TASS-a istinadən xəbər verir ki, Putin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə mayın 19-20-də Pekində səfərdə olacaq.

Rusiya lideri videomüraciətində Si Cinpini “qədim və yaxşı dostu” adlandıraraq, iki ölkə arasındakı münasibətlərin görünməmiş səviyyəyə çatdığını bildirib.

Putinin sözlərinə görə, Moskva və Pekin siyasət, iqtisadiyyat, enerji və müdafiə sahələrində əməkdaşlığı fəal şəkildə genişləndirir. O qeyd edib ki, Rusiya ilə Çin arasındakı ticarət dövriyyəsi artıq 200 milyard dolları ötüb və qarşılıqlı hesablaşmalar demək olar tamamilə rubl və yuanla aparılır.

Rusiya prezidenti vurğulayıb ki, iki ölkə əsas məsələlərdə, o cümlədən suverenliyin qorunması istiqamətində bir-birinə dəstək verməyə hazırdır.

Putin bildirib ki, Moskva və Pekin beynəlxalq hüququn müdafiəsi, qlobal problemlərin həlli və dünya sabitliyinin qorunması istiqamətində birlikdə çıxış edir.

Onun sözlərinə görə, Rusiya-Çin əməkdaşlığı beynəlxalq arenada mühüm sabitləşdirici rol oynayır və bu münasibətlər hər hansı ölkəyə qarşı deyil, sülh və ümumi rifah naminə qurulub.

Kremlin məlumatına görə, Pekində keçiriləcək danışıqlarda ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi, enerji əməkdaşlığı və strateji tərəfdaşlığın inkişafı əsas gündəm mövzuları olacaq.

Seçilən
104
teleqraf.com

1Mənbələr