AZ

ABŞ hərbi təyyarələri Ben-Qurion hava limanında ilin sonunadək qala bilər

BAKI, 19 may. TELEQRAF

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus onlarla yanacaqdaşıyan təyyarə ən azı 2026-cı ilin sonunadək İsrailin Ben-Qurion hava limanında qala bilər.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin "12-ci telekanal"ı məlumat yayıb.

Bildirilir ki, İsrail Vaşinqtondan ABŞ hərbi təyyarələrinin Təl-Əviv yaxınlığındakı Ben-Qurion hava limanında uzun müddət qalacağı ilə bağlı məlumat alıb.

Telekanal qeyd edir ki, çoxsaylı ABŞ hərbi təyyarələrinin hava limanında yerləşdirilməsi Ben-Qurionun fəaliyyətində ciddi çətinliklər yaradır. Məlumata görə, təyyarələr mümkün olan demək olar ki, bütün ərazilərdə yerləşdirilib.

Qeyd edək ki, mayın 12-də İsrail Mülki Aviasiya İdarəsinin rəhbəri Şmuel Zakay ABŞ hərbi təyyarələrinin kütləvi şəkildə hava limanında yerləşməsinin Ben-Qurionun normal fəaliyyətinə mane olduğunu bildirmişdi.

“Calcalist” qəzetinin yazdığına görə, Zakay bununla bağlı İsrailin nəqliyyat naziri Miri Regevə məktub göndərərək vəziyyətin ölkənin aviaşirkətləri və aviasiya sektoruna ciddi zərər vurduğunu vurğulayıb.

Onun fikrincə, Ben-Qurion hava limanının ABŞ hərbi bazasına çevrilməsi xarici aviaşirkətlərin İsrailə qayıdışına da mane olur.

Seçilən
90
teleqraf.com

1Mənbələr