AZ

Həcc günlərində Məkkədə temperatur 47 dərəcəyə çatacaq

Builki Həcc mövsümündə Məkkə və müqəddəs məkanlarda havanın temperaturunun çox isti olacağı proqnozlaşdırılır.

Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi məlumat yayıb.

Mərkəzin icraçı direktoru Əymən Qulam bildirib ki, mayın 25-dək havanın əsasən açıq və qismən buludlu olacağı, gün ərzində tozla və qumla müşayiət olunan küləklərin əsəcəyi gözlənilir. Onun sözlərinə görə, bu müddətdə havanın maksimal temperaturu 44-47 dərəcə selsi, minimal temperaturu isə 28-31 dərəcə selsi arasında dəyişəcək.

26-30 may tarixlərində də isti hava şəraiti davam edəcək, səmada açıq və qismən buludlu hava üstünlük təşkil edəcək. Həmçinin gün ərzində toz və qum fırtınalarının yaranma ehtimalı qalacaq.

Seçilən
15
1
publika.az

5Mənbələr