AZ

UN-Habitat nümayəndəsi: Gənclər cəmiyyətlərin əsas dayağı olacaq

Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) xüsusilə gənclər üçün çox vacib tədbirdir.

Bunu Bakıda keçirilən WUF13 çərçivəsində “Uşaqlar və Gənclər Qrupu” üzrə tədbirdə APA-ya açıqlama verən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Gənclər Məsləhət Şurasının nümayəndəsi Joshua Fortedur deyib.

O qeyd edib ki, gələcəyin şəhərlərini qurarkən gənclər qərarların mərkəzində olmalıdır:

“Biz bu gün qarşılaşdığımız problemləri bilirik, çətinlikləri anlayırıq və bu problemlərə həll yolları hazırlamağa davam edirik. Uzun illərdir gənclər olaraq özümüzü sanki kənarda qalmış hiss etmişik. Bəzi hallarda səsimiz eşidilsə də, ideyalarımızın təqdim olunan həllərdə tam şəkildə tətbiq olunduğunu görmürük. Ona görə də biz deyirik ki, sadəcə prosesə daxil edilmək istəmirik, biz gənclər mərkəzli inkişaf və gənclər mərkəzli həllər istəyirik. Çünki gələcəyin şəhərlərində yaşayacaq insanlar biz olacağıq. Biz işçilər, sahibkarlar və bu cəmiyyətlərin əsas dayağı olacağıq. Buna görə də istəyirik ki, şəhər inkişafı ilə bağlı qərarvermə prosesində, su və sanitariya problemlərinin həllində, iqlim dəyişikliyi ilə bağlı məsələlərdə gənclər əvvəlindən sonuna qədər tam şəkildə iştirak etsinlər. Bu gün gənclər artıq səfərbər olub müxtəlif problemlərə həll yolları hazırlayırlar, təşəbbüslər irəli sürürlər. Gənclərin bu gündən etibarən tam iştirakı gələcək inkişaf prosesinə həm sosial, həm də iqtisadi baxımdan müsbət təsir göstərəcək”.

Seçilən
20
1
apa.az

2Mənbələr