AZ

Moskvaya görünməmiş PUA hücumu

Ukrayna Silahlı Qüvvələri (USQ) ötən həftə Moskva və Moskva vilayətinə indiyədək ən genişmiqyaslı pilotsuz uçuş aparatı hücumu həyata keçirib.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik "RİA Novosti"agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, hücumların hədəfində əsasən yaşayış məhəllələri və insanların sıx məskunlaşdığı ərazilər olub.

“Moskva və Moskva vilayətinə qarşı ötən həftə Ukrayna qüvvələri ən böyük dron hücumunu təşkil edib. Zərbələrin hədəfi yaşayış kvartalları olub”, - deyə Miroşnik bildirib.

O qeyd edib ki, Moskva istiqamətində azı 100 pilotsuz uçuş aparatı buraxılıb. Hücum nəticəsində dinc sakinlər arasında ölən və yaralananların olduğu vurğulanıb.

Seçilən
17
1
publika.az

2Mənbələr