AZ

Dnestryanıda “PASPORT ƏMƏLİYYATI” – Moldova üçün Ukrayna ssenarisi AKTİVLƏŞDİRİLDİ – DETALLAR

Moldovanın separatçı Dnestryanı bölgəsi ilə bağlı siyasi aktivlik müşahidə olunur. Belə ki, Rusiya Dnestryanıda kütləvi olaraq vətəndaşlıq paylayır. Məlumata görə, Rusiya prezidenti Vladimir Putin Dnestryanı bölgənin sakinləri üçün Rusiya vətəndaşlığının alınması prosedurunu sadələşdirib.

Yeni qaydalara görə, bölgədə yaşayan yetkin şəxslərin Rusiya vətəndaşlığı almaları üçün artıq təkcə ərizə təqdim etmələri kifayət edəcək. Əvvəllər isə bunun üçün eyni zamanda, ölkədə uzunmüddətli yaşayış, rus dili biliyi və bir sıra digər standartlar tələb olunurdu.

Digər tərəfdən, Prezident Vladimir Putinə xaricdə yaşayan Rusiya vətəndaşlarını qorumaq üçün müharibəyə başlamaq səlahiyyəti verən qanun da təsdiqlənib.

Rəsmi Kişinyov isə son dövrlər Moldovanın Rumıniyaya birləşməsi vacibliyini yenidən gündəmə gətirib. Təbii ki, Rusiya Moldovanın NATO ölkəsinə birləşmək planlarına səssiz qala bilməz. Bu əsasda bölgədə yenidən gərginliyin yarana biləcəyi proqnozlaşdırılır.

Moldovanın Rumıniyaya birləşmək istəyi fonunda müharibə başlayacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, Rusiya Dnestryanı ərazini özünə birləşdirmək istəyir:

“Dnestryanı bölgədə 460-470 min əhali yaşayır. Onun da 33 faizi ruslar, bir o qədər moldovanlar və 30 faizi isə ukraynalılardır. Ancaq Putin imzaladığı fərmanda vətəndaşlığı təkcə ruslara vermir, qərar ərazidə yaşayan bütün əhaliyə aiddir. Eyni zamanda, daha əvvəl Dövlət Duması qanun qəbul edərək, xaricdə yaşayan Rusiya vətəndaşlarının hüquqlarını müdafiə etmək üçün hərbi qüvvələrdən istifadə hüququnu Prezidentə verdi. Bütün bunlar onu gəstərir ki, Rusiya Dnestryanı ərazini tam şəkildə nəzarətə götürmək istəyir. Hətta Moskvanın bu ərazini özünə  birləşdirməsi də tamamilə mümkündür”.

Həmsöhbətimiz hesab edir ki, Moldovada da artıq Ukrayna ssenarisi işə salınır:

“Burada da əvvəlcə Dnestryanı bölgəni özünə birləşdirib, sonra da bütün Moldovanı tamamilə işğal etməyə cəhd edəcəklər. Rusiyanı bu addımı atmağa vadar edən səbəblərdən biri son zamanlar Moldovada artan Rumıniyaya birləşmək çağırışlarıdır. Rusiya həmin məqamdan istifadə edib, Moldovanı işğal etməyi planlaşdırır. Kreml Tramp hakimiyyətdə olduğu müddətdə bu əlverişli məqamdan istifadə etməyi düşünür”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
23
1
bizim.media

2Mənbələr