AZ

Kallas: Rusiya və İranla əməkdaşlıq edən ölkələr Aİ maliyyələndirməsindən məhrum olacaqlar...

Avropa İttifaqı tərəfdaş ölkələrə qarşı yeni şərtlər müəyyənləşdirir...

Poliqon xəbər verir ki, Avropa İttifaqı (Aİ) Rusiya və ya İranı dəstəkləyən inkişaf etməkdə olan ölkələrə göstərdiyi maliyyə dəstəyini azalda bilər. Bunu Aİ-nin xarici siyasət başçısı Kaya Kallas bəyan edib.

"Əgər tərəfdaş Rusiyanı və ya İranı dəstəkləyirsə, o zaman o, çeviklik nümayiş etdirməlidir ki, biz bu halda əməkdaşlığımızı yenidən qura bilək", deyə Kallas Euractiv platformasına açıqlamasında bildirib.

Aİ diplomatiyasının rəhbəri həmçinin vurğulayıb ki, İttifaq yardımın davam etdirilməsi ilə öz maraqlarının qorunması arasında balansı qorumağa çalışmalıdır.

Qeyd olunur ki, Kallas yeni yanaşmanın siyasətdə konkret olaraq necə təsbit olunacağını açıqlamamışdır. Bununla belə, onun bu bəyanatı Aİ-nin inkişaf etməkdə olan ölkələrlə münasibətlərini geosiyasi mülahizələr əsasında yenidən qurmaq niyyətinin açıq siqnalı kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
21
poliqon.info

1Mənbələr