AZ

NATO Qara dənizdə dron təlimi keçirir - Türkiyə də qoşulub

Altı NATO ölkəsindən olan dəniz qüvvələrinin şəxsi heyəti Qara dənizdə başlayan Opex-26 (Əməliyyat Təcrübəsi) muxtar dəniz dronları ilə beynəlxalq təlimdə iştirak edir.

Musavat.com xəbər verir ki, məlumatı Rumıniya Hərbi Dəniz Qüvvələrinin Qərargahı açıqlayıb.

Bildirilir ki, 18-29 may tarixlərində Manqaliya hərbi limanında və Qara dənizin bir neçə ərazisində dəniz pilotsuz uçuş aparatlarını (PUA) sınaqdan keçirməyə yönəlmiş beynəlxalq manevrlər keçirilir.

Təlimlərdə Bolqarıstan, Kanada, Portuqaliya, Rumıniya, ABŞ və Türkiyə, eləcə də mülki dəniz dron istehsalçılarının nümayəndələri iştirak edir. Rumıniya tərəfini "Grigore Antipa" dalğıc gəmisi, "Kapitan Constantin Dumitrescu" mina gəmisi və "Ocean 1" və "Ocean 2" hidroqrafik tədqiqat gəmiləri təmsil edir: "Təlimlərdə yerüstü və sualtı pilotsuz sistemlərin istifadəsi məşq olunacaq və iştirakçılar arasında əməkdaşlığı gücləndirməyə yönəlmiş taktiki manevrlər də olacaq".

Musavat.com

Seçilən
15
1
musavat.com

2Mənbələr