BAKI, 19 may. TELEQRAF
“Barselona”nın hücumçusu Lamin Yamalın İspaniya millisinin 2026-cı il Dünya Çempionatındakı çıxışına startda qoşula bilməyəcəyi gözlənilir.
Teleqraf “The Athletic”ə istinadən xəbər verir ki, buna səbəb 19 yaşlı hücumçunun bud arxa əzələsində (hamstring) davam edən zədədən bərpa prosesinin davam etməsidir.
Beləliklə, Yamal Kabо-Verde yığmasına qarşı qrup mərhələsinin ilk oyununu (15 iyun) buraxacaq. Bundan əlavə, onun Səudiyyə Ərəbistanı ilə matçda (21 iyun) meydana çıxması da sual altındadır.
İspaniya Kral Futbol Federasiyası (RFEF) “Barselona” və Yamal ilə daimi əlaqə saxlayır. RFEF-in tibbi heyətinin əməkdaşları futbolçunun bərpa prosesini izləmək üçün mütəmadi olaraq “Barselona”nı ziyarət edirlər.
Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.