AZ

Osimhenə Avropa nəhəngi ELÇİ DÜŞDÜ

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

"Qalatasaray"ın hücumçusu Victor Osimhenin karyerasını İngiltərədə davam etdirə biləcəyi iddia olunur.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, "Çelsi" nigeriyalı forvardın transferində maraqlıdır. Bildirilir ki, London təmsilçisinin yeni baş məşqçisi Xabi Alonso futbolçunun komandaya cəlb olunmasını istəyir.

İddialara əsasən, "Çelsi" rəhbərliyi yaxın vaxtlarda transferlə bağlı danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray" forması ilə keçirdiyi 33 rəsmi oyunda 22 qol vurub, eyni zamanda 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun performansı Avropa klublarının diqqətini çəkməyə davam edir.

Hüseyn

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
news.milli.az

1Mənbələr