"Biz həyat sığortasının gələcəyini yalnız maliyyə təminatı ilə məhdudlaşdırmırıq. Məqsədimiz müştərilərimizin daha sağlam və keyfiyyətli həyat tərzinə dəstək olmaqdır. Biz ardıcıl şəkildə həyat sığortası bazarını transformasiya edirik - maliyyə təminatından müştərilərin sağlamlığına, rifahına və uzunömürlülüyünə yönəlmiş investisiyalara doğru.
Chenot Palace Gabala ilə tərəfdaşlıq həyat sığortası ətrafında yeni dəyər ekosisteminin formalaşdırılması və Azərbaycanda sığorta mədəniyyətinin inkişafı istiqamətində mühüm addımdır", - PAŞA Həyat-ın İdarə Heyətinin sədri Ülviyyə Cabbarova bildirib.
PAŞA Həyat şirkəti həyat sığortası bazarının inkişafına yönəlmiş təşəbbüslər həyata keçirir və tərəfdaşlıq əlaqələrini genişləndirir. Şirkət müştəriyönümlülük prinsiplərinə əsaslanaraq müştərilərin həyat keyfiyyətinin artırılmasına xidmət edən layihələri davamlı şəkildə inkişaf etdirəcək.
Bu xidmət "Həyatın Yaşam Sığortası" məhsulu ətrafında formalaşdırılan dəyər ekosisteminin genişləndirilməsi üzrə uzunmüddətli strategiyanın tərkib hissəsidir.