AZ

Media: 50 milyon amerikalı fırtına və tornado təhlükəsinə məruz qalıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 19 may, AZƏRTAC

Dünən təxminən 50 milyon amerikalı ildırım və tornado ilə müşayiət olunan kəskin hava şəraitinə məruz qalıb.

AZƏRTAC xəbər verir ki, ABC telekanalının məlumatına görə, Ayova, Kanzas, Minnesota və Nebraska ştatlarında azı 20 tornado qeydə alınıb. Fırtına nəticəsində bir neçə ev dağılıb. Hələlik ölüm və ya xəsarət halları barədə məlumat yoxdur.

Bundan əlavə, həmin ştatlarda və daha bir neçə digər ştatda güclü küləklərlə müşayiət olunan ildırımlı hava müşahidə edilib.

Bu gün, həmçinin Texasın cənubundan ABŞ-ın şərq sahilindəki Vermonta qədər şiddətli ildırım çaxmaları və tornado gözlənilir. Kanzas, Missuri və Nebraska sakinlərinə mümkün daşqınlar barədə xəbərdarlıq edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
azertag.az

2Mənbələr