Bakı, 19 may, AZƏRTAC
Bu il Şuşanın Böyük qala və Kiçikqaladərəsi kəndlərinə köç olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlaması zamanı deyib.
Xüsusi nümayəndə qeyd edib ki, Şuşanın Turşsu qəsəbəsində bu il bərpa və quruculuq işləri görüləcək: “Ümid edirik ki, gələn il bu qəsəbəyə köç olacaq. Həmçinin, Daşaltı kəndi turizm kəndi kimi fəaliyyət göstərəcək, inşasına bu il başlanılacaq”.
Operator: Şövqi Əzizov
Foto: Azər İbrahimov