AZ

Prezidentin xüsusi nümayəndəsi: Şuşada 27 tarixi abidə bərpa olunub

Şuşa azad olunduqdan dərhal sonra orada bərpa-quruculuq işləri başlanılıb və son bir neçə il ərzində çox sürətlə inkişaf edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, işğal nəticəsində şəhərlər və infrastruktur dağıdılıb, tarixi-mədəni irs məhv edilib, əhali məcburi köçkünə çevrilərək qırğınlara məruz qalıb, ekoloji tarazlıq pozulub, sosial-iqtisadi həyat iflic vəziyyətinə düşüb, həmçinin tarixi kimliyə və mədəni yaddaşa ciddi ziyan dəyib.

“Şuşada 200-ə yaxın tarixi və mədəniyyət abidəsi mövcuddur və onların əksəriyyəti işğal dövründə dağıdılaraq zərər görüb. Hazırda Tut bağında yerləşən 7 məscid, 6 bulaq, 7 mədəniyyət obyekti, Şuşa qalası, Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin məqbərə kompleksi və Xanlıq Muxtar karvansarası daxil olmaqla ümumilikdə 27 abidə bərpa olunub”,- deyə o diqqətə çatdırıb.

Seçilən
15
3
azerbaijan-news.az

4Mənbələr