AZ

Putin PEŞMAN olub? – Trampın qulağına deyilən o SÖZ...

ABŞ-nin nüfuzlu nəşri “Financial Times” maraqlı iddia ortaya atıb. Nəşrin yazdığına görə, Çin lideri Si Szinpin onun ölkəsində səfərdə olan ABŞ prezidenti Donald Trampa gizli şəkildə bildirib ki, Putin Ukraynaya müdaxiləsindən peşman ola bilər.

Qəzet həmçinin, vurğulayıb ki, Cinpinin bu sözləri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin dörd ildən sonra dalana dirəndiyi və Kiyevin bu ölkənin dərinliklərində Rusiya qoşunlarına və hədəflərinə zərbə endirmək üçün dronlardan daha effektiv istifadə etdiyi vaxta təsadüf edir.

Maraqlıdır ki, məlumat Putinin Pekinə gəlişi ilə eyni vaxtda ortaya çıxıb. ABŞ lideri isə ötən həftə Çində bir neçə günlük səfərdə olmuşdu. Diqqətçəkən başqa bir mühüm detal Trampın Pekin səfəri fonunda Ukraynanın Moskvaya görünməmiş PUA hücumu həyata keçirməsidir.

Prezident Volodimir Zelenski bu barədə öz videomüraciətində belə demişdi: “Moskva bölgəsində genişmiqyaslı əməliyyat keçirdik. Bu dəfə hədəflərə olan məsafə 500 kilometrdən çoxdur. Moskva bölgəsi Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən çox ciddi qorunur və ona görə də bu hücum xüsusi əhəmiyyət daşıyır. Bu əməliyyat məsafəsi vəziyyəti və Rusiya müharibəsi ilə bağlı ümumi qlobal qavrayışı əhəmiyyətli dərəcədə dəyişdirir”...

Həqiqətən də Kiyevin bu hücumu müharibə təsəvvürünü də, müharibənin xarakterini də dəyişib, həm də Rusiyanın ziyanına. Gerçək belədir ki, havaların istiləşməsi belə, Rusiya ordusunun irəliməməsinə kömək olmayıb. Əksinə, artıq Ukrayna Silahlı Qüvvələri gah cəbhənin bir, gah da digər hissəsində təşəbbüsü ələ almaqda, yavaş-yavaş öz ərazilərini geri qaytarmaqdadır.

Си

Ola bilsin Kreml sahibini ən çox dilxor edən budur. Ancaq eyni zamanda, o, Ukraynaya hərbi müdaxiləyə görə peşmandırmı? Si Cinpin nəyə əsasən belə deyib və nəyə işarə vurur? Nə üçün bunu məhz Trampa çatdırır? Suallar hələ ki, açıqdır.

Hər halda Putinin Ukraynaya görə peşman olduğunun əlamətini o vaxt görəcəyik ki, Kiyevin mövcud cəbhə xətti üzrə atəşkəs təklifinə razılıq verəcək. Yəni, maksimalist tələblərindən əl çəkəcək...

Hələ təcavüzkar müharibənin başladığı ilk günlərdən aydın idi ki, Rusiya bu savaşda yalnız Pirr qələbəsi“nə ümid edə bilər. Yəni “astarlı üzündən baha başa gələn qələbə”. Bu nə qələbədir ki, müharibə 5-ci ilində Rusiyanın daha geniş ərazilərini əhatə eləməkdədir. Sanksiyalar səbəbi ilə ölkədə iqtisadi-sosial durum ağırlaşmaqda, əhalinin narazılığı güclənməkdə, ümumiyyətlə, müharibədən yorğunluq hiss olunmaqdadır.

Doğru, Gürcüstanda (2008, avqust) ağzında “şirə” qalan Rusiya Ukraynanın xeyli ərazisini işğal edib. Ancaq əsas hədəflərinə çatmayıb. Çünki bəlli olub ki, Ukrayna ABŞ daxil, Qərbin 2008-də yiyə durmadığı Gürcüstan deyil. Böyük ölkədir, birbaşa Avropa Birliyi dövlətləri ilə sərhəddir. Üstəgəl, Brüssel və Vaşinqton uğursuz “Gürcüstan sindromu”ndan artıq gərəkən dərsi çıxarmışdı.

Ən önəmlisi, rəsmi Kreml görünür daha bir mühüm amili ciddiyə almayıb. Bu da odur ki, pravoslav ukraynalılar xarakter və döyüş ruhu etibarilə pavoslav ruslarla faktiki eyni millətdir. Bir millət özünə qalib gələ bilərmi? Qardaşların düşmənçiliyi isə yaman olur deyiblər...

Z. SƏFƏROĞLU

Seçilən
2
musavat.com

1Mənbələr