AZ

“Şuşa ilə Xankəndi arasında kanat yolu layihəsi hazırlanıb” - AYDIN KƏRİMOV

Şuşa şəhərində nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm layihələr icra olunur. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu üzərində iki istiqamət üzrə ümumi uzunluğu 12,7 kilometr olan 7 tunel tikilib. Eyni zamanda Qarabağ küçəsindən Çuxur məhəlləsinə, “Torpaq Meydanı” istiqamətinə qədər yol çəkilib, yeraltı kommunal və rabitə xətləri quraşdırılıb.

SİA xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

Aydın Kərimov qeyd edib ki, Ağdam–Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun istifadəyə verilməsi nəticəsində Şuşa şəhərinə gediş məsafəsi daha da qısalıb. Bundan əlavə, şəhərdaxili marşrutlardan birində 4 elektrik avtobusu fəaliyyətə başlayıb.

Çıxış zamanı həmçinin Şuşa ilə Xankəndi arasında kanat yolu layihəsinin hazırlandığı da vurğulanıb.

Müəllif: Günay Hacıyeva
Seçilən
17
sia.az

1Mənbələr