AZ

Xankəndidə dəmir yolu və avtovağzalın 40%-i tikilib

Yenidənqurma və şəhərsalma prosesində vətəndaşların və mütəxəssislərin iştirakının təmin edilməsi əsas prinsiplərdən biridir. Qərar qəbuletmə proseslərində isə şəffaflıq və hesabatlılıq prinsiplərinə xüsusi önəm verilir.

Bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O məlumat verib ki, işğaldan azad olunan Xankəndiyə 71 ailə (302 nəfər), Ağdərəyə 857 ailə (3341 nəfər), Xocalıya 1083 ailə (4510 nəfər) qayıdıb.

“Dəmir yolu və avtobus terminal layihəsi çərçivəsində, 28 kilometr uzunluğundakı Ağdam-Xankəndi dəmir yolu xəttinin dizayn işləri 90 faiz, tikintisi isə 51,1 faiz tamamlanıb. Eyni layihə çərçivəsində yer alan Xankəndi Şəhər Dəmir Yolu və Avtovağzal Kompleksinin də dizayn işlərinin 90 faizi, tikinti işlərinin isə 40 faizi yekunlaşıb”,- deyə o diqqətə çatdırıb.

Seçilən
1
9
veteninfo.az

10Mənbələr