AZ

Türk Mədəniyyəti və İrsi Fondu WUF13 çərçivəsində ənənəvi türk evlərinin memarlıq irsini təqdim edib

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Türkiyə pavilyonunda - Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “İrsdən dayanıqlılığa doğru: Türk evləri” mövzusunda panel sessiya təşkil olunub.

Publika.az xəbər verir ki, Türk Mədəniyyəti və Mirası Fondunun layihə rəhbəri Nuri Aksunun moderatorluğu ilə keçirilən paneldə ənənəvi türk evlərinin memarlıq kimliyinin qorunması, mədəni irs vasitəsilə şəhər dayanıqlılığının artırılması və tarixi şəhərlərdə davamlı bərpa təcrübələri müzakirə edilib.

Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Bakıda belə nüfuzlu tədbirin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, WUF13-ün bu formatı hökumətlər, alimlər, memarlar, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri üçün mühüm qlobal platforma rolunu oynayır.

Aktotı Raimkulova qeyd edib ki, türk evləri sadəcə yaşayış məkanı deyil, həm də sosial harmoniya, təbiətlə uyğunlaşma və icmaəsaslı yaşam mədəniyyətinin təcəssümüdür. Onun sözlərinə görə, ənənəvi memarlıq irsinin qorunması davamlı inkişafın mühüm tərkib hissəsidir.

Daha sonra Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universitetinin Memarlıq fakültəsinin fəxri professoru Oğuz Ceylan məruzə ilə çıxış edib. O, dayanıqlı və davamlı şəhər mühitinin formalaşdırılmasında ənənəvi ev modellərinin rolundan danışıb, bu təcrübələrin müasir şəhərsalma yanaşmaları ilə inteqrasiyasının vacibliyini diqqətə çatdırıb.

Seçilən
6
publika.az

1Mənbələr