Dövlət Su Ehtiyatları Agentliyi ASAN xidmət, ASAN kommunal mərkəzlərində və KOB evlərində vətəndaşlara 15 xidmət üzrə fəaliyyət göstərir.
Publika.az xəbər verir ki, Mərkəzlərə 2026-ci ilin 4 ayı ərzində 60163 müraciət daxil olub. Onlardan 39117-si yerində, 12032-si araşdırıldıqdan sonra icra edilib.
KOB evlərində göstərilən xidmətlərin əhatəsinin genişləndirilməsi məqsədilə xidmət sayı 5-dən 15-ə çatdırılıb, 12 xidmət elektronlaşdırılıb. Onların mərhələli şəkildə “mygov” platformasına inteqrasiyası həyata keçirilir. Hazırda platform üzərindən elektron müraciətlər qəbul olunur.
Vətəndaşlara göstərilən xidmətlərin siyahısına “Su təchizatı və tullantı sularının idarə olunması xidmətinin müvəqqəti dayandırılması və bərpasına dair müraciət” xidməti əlavə edilərək xidmətlərin sayı 15-ə çatdırılıb. Bu da öz növbəsində vətəndaşlara operativ xidmətin göstərilməsində mühüm rol oynayır.
İnklüziv xidmət mühiti də genişləndirilib. Məlumat kitabçaları və ərizə formaları sadələşdirilərək Brayl əlifbası ilə nəşr edilib.