Bakı, 19 may, AZƏRTAC
Mən məcburi köçkünlüyün daimi xarakter aldığını görmüşəm. Müvəqqəti olması nəzərdə tutulan qaçqın düşərgələri şəhərlərə çevrildi. Ailələr həyatlarını dönə-dönə yenidən qurdular. Bütöv bir nəsil gündəlik həyatın fonunda qeyri-sabitliyi daşıyaraq yaşamağa necə davam etməli olduqlarını öyrəndi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT İnkişaf Proqramının iordaniyalı məsləhətçisi Merna Suhail Issa Alzurikat Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusuna həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.
O bildirib ki, məhz buna görə də, müstəmləkəçi ədalətsizlikdən danışmadan mənzil qıtlığından danışa bilmərik. Çünki dünyanın bir çox yerində mənzil böhranı təcrid olunmuş şəkildə yaranmayıb. Müstəmləkəçilik heç vaxt yalnız siyasi nəzarətdən ibarət olmayıb. O, torpaq mülkiyyətini tanıyır, resursları istismar edir və insanları öz coğrafiyalarından qoparırdı.