AZ

"Sabah"da serbiyalı məşqçi - RƏSMİ

"Sabah" basketbol klubu yeni baş məşqçi ilə müqavilə imzalayıb.

Fanat.Az xəbər verir ki, paytaxt klubu serbiyalı mütəxəssis Lazar Spasiç ilə anlaşıb. 

"Bayquşlar"ın mətbuat xidməti 34 yaşlı məşqçi ilə üç illik müqavilə imzalandığını elan edib.

Məşqçilər heyətinə həmçinin Anatoli Boisa, Saşa Miliçeviç və Vlade Draskoviç daxildir.

2024/25 mövsümündə Spasiçin rəhbərliyi altında "Vrşaç" Serbiya Basketbol Liqasının qalibi olub. Onun son klubu Almaniya Bundesliqasının "EVE Baskets Oldenburq" komandası olub. 

Xatırladaq ki, "bayquşlar"ın əvvəlki məşqçisi bir neçə gün əvvəl klubdan ayrılan Rimas Kurtinaytis idi.

Seçilən
39
fanat.az

1Mənbələr