BAKI, 19 may. TELEQRAF
Azərbaycanın 9-a yaxın şəhəri demək olar ki, tamamilə dağıdılıb.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev WUF13 çərçivəsində keçirilən "Qlobal Koalisiyaların Mərkəzində Mənzil" tədbirində deyib.
O bildirib ki, 300-dən çox yaşayış məntəqəsi və kənd ciddi zərər görüb.
Onun sözlərinə görə, həmin ərazilər sıfırdan, hətta bəzən "mənfi"dən bərpa edilir:
"Çünki bu torpaqlar minalarla ciddi şəkildə çirkləndirilib. Təxminən 1,5 milyon mina və digər partlayıcı qurğuların mövcudluğu təhlükəsizliyi ciddi şəkildə risk altına alır.
2020-ci ildən sonra azad olunmuş ərazilərdə 400-dən çox mina hadisəsi baş verib. Azərbaycan kütləvi minatəmizləmə işləri həyata keçirir.", - H. Hacıyev vurğulayıb.