AZ

Oğlu Mango nun qurucusunun qətlində şübhəli bilinir Həbs olundu

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

İspaniyanın “Mango” geyim dizaynı və satışı şirkətinin qurucusu, milyarder İsak Andikin oğlu Conatan Andik atasının qətlində şübhəli bilinərək həbs edilib.

Axşamaz. xəbər verir ki, "El Pais" nəşrinin məlumatına görə, 45 yaşlı Conatan Andik bir müddətdir məxfi saxlanılan istintaq çərçivəsində araşdırılıb. Kataloniya polisi onun telefonundakı məlumatları yoxlayıb.

Andiklər ailəsi isə açıqlamasında bildirib ki, Conatan hazırda araşdırma çərçivəsində ifadə verir və onun məhkəmə ilə əməkdaşlığı davam edir.

Qeyd edək ki, sözügedən şirkət 1984-cü ildə türk əsilli İsak Andik tərəfindən təsis edilib. İş adamının sərvəti 4,5 milyard dollar qiymətləndirilirdi və bu, onu İspaniyanın ən varlı beş nəfərindən biri edirdi.

71 yaşlı İsak Andik 2024-cü ildə Montserrat dağlarına yürüş zamanı həlak olub. Həmin vaxt onun yanında yalnız üç övladından ən böyüyü və ailənin əsas varisi hesab edilən Conatan Andik olub. Polisə zəng edən də məhz o olub. Conatan atasının qayadan yıxılaraq öldüyünü bildirib.

İstintaq zamanı məlum olub ki, İsak Andik 100 metrdən çox hündürlükdən yıxılıb. Hadisə əvvəlcə adi bədbəxt hadisə kimi araşdırılıb. Lakin sonradan Conatanın ifadələrində ziddiyyətlər aşkar edilib.

Polis həmçinin müəyyən edib ki, hadisədən bir neçə gün əvvəl Conatan həmin marşrut üzrə hərəkət edib. Onun vəkilləri isə bunu səfərə hazırlıq məqsədilə etdiyini bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
3
axsam.az

4Mənbələr