
Azərbaycan WUF13 üçün ən uyğun məkanlardan biridir.
Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Koalisiyaların Mərkəzində Mənzil" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, forumda müxtəlif ölkələrin rəsmiləri təcrübələrini bölüşür:
"Azərbaycan beynəlxalq təcrübədən öyrənməyə və eyni zamanda öz təcrübə və çağırışlarını dünya ictimaiyyəti ilə bölüşməyə hazırdır. Bu baxımdan, ölkəmiz postmünaqişə bərpa proseslərində nümunəvi modellərdən biri ola biləcəyini də düşünür".