AZ

NATO Türkiyədə Patriot qüvvələrini yerləşdirir: cənub-şərq cinahı gücləndirilir

NATO bir müddətdir cənub-şərq cinahını gücləndirmək niyyətində olduğunu bildirsə də, Almaniyadan bu istiqamətdə konkret addım atılıb.

Turkustan.az xəbər verir ki, Almaniyanın Ankaradakı səfiri Sibylle Katharina Sorg iyun ayının sonundan etibarən Türkiyədə Patriot xüsusi qrupunun yerləşdiriləcəyini açıqlayıb.

Plan çərçivəsində bir Patriot bölməsi və təxminən 150 alman hərbçisi Türkiyəyə göndəriləcək. Komandanın iyun ayının sonundan sentyabrın əvvəlinə qədər xidmət göstərməsi nəzərdə tutulur. Bu addım NATO-nun cənub-şərq cinahının müdafiə qabiliyyətini gücləndirməyi hədəfləyir.

Bölgədə ABŞ, İsrail və İran arasında gərginliyin davam etdiyi bir vaxtda, Türkiyənin hava məkanının İrandan atıldığı iddia edilən dörd ballistik raketlə pozulduğu bildirilib. Bu pozuntuların NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən qarşısının alındığı qeyd olunur.

Yüksək gərginlik fonunda Patriot hava hücumundan müdafiə sistemlərinin əsasən Malatyada və digər strateji bölgələrdə yerləşdirildiyi, NATO-nun isə bu çərçivədə hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün müvəqqəti işçi qrup yaratdığı bildirilir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
11
turkustan.az

1Mənbələr