AZ

Özbəklərin Niderlandla yoldaşlıq görüşü üçün ödəyəcəyi məbləğ bilindi

Özbəkistanın Niderland millisi ilə yoldaşlıq oyunu üçün qarşı tərəfə ödəyəcəyi məbləğ açıqlanıb.

Fanat.Az xəbər verir ki, məlumatı Asiya təmsilçisinin keçmiş rəhbəri Şerzod İqamberdiyev "İnstaqram" hesabında paylaşıb. 

Milli komandanın sabiq rəisi Özbəkistan Futbol Assosiasiyasının Niderland ilə qapalı yoldaşlıq oyunu üçün 300 min dollar ödəyəcəyini bildirib.

O, həmçinin qeyd olunur ki, son illərdə Kamerun, Kosta Rika, Boliviya, Venesuela, Rusiya, ABŞ, Meksika, Uruqvay və Kanada ilə oyunlar üçün rəqiblərə və ya agentlərə pul ödəməyib. Əvəzinə, federasiya son illərdə məşhur komandalarla oyunlardan 525 min dollar qazanıb. Özbəkistan nümayəndə heyətinin səfərləri zamanı yemək və yaşayış xərclərini ödəmədiyi, bunları qəbul edən tərəfin təmin etdiyi vurğulanıb.

Xatırladaq ki, tarixində ilk dəfə mundiala qatılan Özbəkistan millisi iyun ayında Kanada və Niderland ilə yoldaşlıq oyunları keçirəcək. "Narıncılar"la oyun iyunun 8-də Nyu-York şəhərindəki "Aiken" stadionunda keçiriləcək.

Mirağa

Seçilən
1
1
fanat.az

2Mənbələr