"Sabah" kimi iddialı klubun baş məşqçisi təyin olunmaq böyük şərəfdir”.
Rekord.az xəbər verir ki, bunu komandanın yeni baş məşqçisi Lazar Spasiç klubun mətbuat xidmətinə açıqlamsında deyib.
Serbiyalı mütəxəssis yaxşı nəticələr qaanmaq üçün əlindən gələni edəcəyini vurğulayıb:
"Gələcəkdə birgə yaxşı nəticələr qazanmaq üçün əlimdən gələni edəcəyəm. Mənim əsas məqsədim Avropada tanınan sistem qurmaqdır. Birlikdə böyük işlər görəcəyimizə inanıram".
Qeyd edək ki, "Sabah" Spasiçlə 3 illik müqavilə imzalayıb.