AZ

LAÇIN AZAD EDİLDİ, RƏHİM QAZIYEV İSƏ...

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Əziz Əlibəyli

Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

Tarixi necə yazarsansa, elə də oxunar...

10 mayda Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərə evlərinin açarlarını təqdim edirdi.

Tarixin müqəddəsliyi onda idi ki, may ayı başdan – ayağa mistika ilə dolu olduğu qədər keçmişdən miras qalan xoşagəlməz hallarla da dolu idi.

Lakin birinci ən vacib detal burda idi:

Əliyev xalqı azad torpaqlara köçürür, özü də 10 may kimi əlamətdar bir gündə ki, Ümummilli Liderin şəxsi günü saysaq daha doğrudur. O günün başqa bir ünvanı olmamalıdır.

İkincisi isə, Azərbaycan xalqı yurduna qayıdırdı.

Sözügedən görüşdə ölkə rəhbərinin sətiraltı və sətirüstü mənalarda dediyi sözlərdə maraqlı detallar görünürdü.

“O vaxt ordumuza rəhbərlik edən şəxslər nəinki hərbi peşə nədir, onu bilmirdilər, hətta onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdü. “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən o namərd, xain bu gün də orada-burada sülənir”.

Bax bu fikir böyük bir üsyan daşıyırdı, indiki miqyasda Azərbaycan çox böyükdür, hətta biz o qədər böyüyük ki, Ermənistanın nə qədər kiçik olduğunu dərk edə bilmirik və bu fikir bir çoxu kimi ölkə rəhbərini də indinin özündə - Vətən savaşından keçən 6 ildə yenə də narahat edir, onun bir ağrısı, incikliyi qalır:

Necə ola bilər ki, Azərbaycan kimi bir güc Ermənistan kimi "small city"-ə müharibədə məğlub olub və bu tariximiz üzərində nə az, nə çox 30 il həqarət buludlarını dolaşdırmışdı.

8 mayda “Şuşa getsə, başıma güllə çaxaram” deyən Qazıyev 18 mayda başına güllə çaxa bilməzdi, çünki o artıq mənən ölmüşdü

Seçilən
14
azpolitika.info

1Mənbələr