AZ

Bu addım iqtisadi əlaqələrin və əməkdaşlığın inkişafına müsbət təsir göstərəcək Gürcü politoloq

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan və Gürcüstan arasında 6 illik fasilədən sonra sərnişin dəmir yolu əlaqəsi yenidən bərpa olunur. İqtisadiyyat Nazirliyinin xəbərinə görə, ölkələr mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.Gürcüstanın keçmiş təhsil və elm naziri, Qafqaz Sülh İnstitutunun rəhbəri, politoloq Gia Nodia Demokrat.az-a bu barədə açıqlama verib. O deyib ki, Gürcüstan və Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpası son dərəcə müsbət və alqışlanası hadisədir:“Bu qərardan əsas fayda görəcək tərəf, məncə, Gürcüstanın Azərbaycanla sərhədə yaxın bölgələrində yaşayan etnik azərbaycanlılar olacaq. Çünki onların Azərbaycanla rahat və ucuz şəkildə gediş-gəliş etməsi həm sosial, həm də iqtisadi baxımdan çox vacibdir. Ümumilikdə isə bu addım Azərbaycan və Gürcüstan arasında iqtisadi əlaqələrin və əməkdaşlığın inkişafına müsbət təsir göstərəcək. Bununla yanaşı, hesab edirəm ki, bu, həm də mühüm siyasi siqnaldır. Çünki son bir neçə ildə Gürcüstan-Azərbaycan tərəfdaşlığının siyasi baxımdan müəyyən zəiflədiyi ilə bağlı təəssürat yaranmışdı. Halbuki ənənəvi olaraq bu tərəfdaşlıq həmişə çox güclü olub və bu məsələ müəyyən narahatlıq doğururdu”.O bildirib ki, bütün problemlərin həll olunduğunu demək hələ tezdir:“Məncə, əsas problem başqadır. Son illərdə Cənubi Qafqazda çox ciddi dəyişikliklər baş verib. Azərbaycan-Ermənistan münaqişəsinin faktiki həllindən sonra regionda yeni reallıq formalaşıb. Eyni zamanda, Azərbaycanın Türkiyə ilə Ermənistan üzərindən birləşməsini nəzərdə tutan yeni nəqliyyat dəhlizi ideyası da gündəmdədir. Regionda bir çox proseslər dəyişir, amma Gürcüstanın bu məsələlərdə hansı mövqedə dayandığı tam aydın deyil. Ən azından hökumətin konkret siyasəti və ya strategiyası açıq şəkildə görünmür. Buna baxmayaraq, ümid edirəm ki, dəmir yolu əlaqəsinin bərpası ilə bağlı əldə olunan bu razılaşma Gürcüstan və Azərbaycan arasında ənənəvi strateji tərəfdaşlığın yenidən gücləndirilməsi istiqamətində ilk addım ola bilər”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
demokrat.az

1Mənbələr