Türkiyə-Ermənistan sərhədi 7 iyun seçkilərindən sonra açılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin “Cumhuriyet” qəzetinə müsahibəsində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib.
Səfir Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan normallaşma proseslərinin paralel getdiyini bildirib.
O, Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonra Konstitusiyaya dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağının gözlənildiyini deyib.