AZ

SAT imtahanının nəticəsi əsasında ADA Universitetinə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Bakı, 19 may, AZƏRTAC

ADA Universitetinin ixtisaslarının müsabiqəsinə beynəlxalq SAT imtahanı üzrə azı 1200 bal toplayan, həmçinin ya “IELTS Academic” üzrə minimum 6.0, ya TOEFL IBT üzrə minimum 75 (yeni şkala ilə 4), ya “Duolingo English Test” üzrə minimum 105 və ya PTE üzrə minimum 50 balı olan abituriyentlər də buraxılacaqlar. İngilis dili ilə bağlı tələb Azərbaycandan kənarda yerləşən ingilis dilli məktəblərin məzunlarına və ya ADA ¬Universi¬tetinin ingilis dili kurslarının müvafiq səviyyəsini müvəf-fəqiyyətlə bitir¬miş abituriyentlərə şamil olunmur. Kompüter elmləri, kompüter mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, informasiya texnologiyaları, riyaziyyat, biznesin idarə edilməsi, iqtisadiyyat və maliyyə ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin SAT imtahanından riyaziyyat bölməsi üzrə ən azı 600 bal toplamaları tələb olunur.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

ADA Universitetinə SAT imtahanlarının nəticələrinə əsasən qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanının I mərhələsində (buraxılış imtahanında) riyaziyyat fənni üzrə 40 bal və yuxarı nəticə göstərməkləri tələb olunur. Əvvəlki illərin məzunları imtahanı yenidən verdikləri halda qəbul zamanı ən yüksək balı nəzərə alınacaq.

Abituriyentlərin, həmçinin Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə “məqbul” almaları, tam orta təhsil müəssisələrinin Azərbaycan bölməsini bitirən abituriyentlərin buraxılış imtahanında (qəbul imtahanının I mərhələsində) tədris dili (Azərbaycan dili) fənnindən 50 bal və yuxarı nəticə göstərməkləri tələb olunur.

Qeyd olunan şərtləri ödəyən abituriyentlər müsabiqəyə buraxılmaları üçün aşağıdakı qaydada sənəd qəbulunda iştirak edirlər:

-İyunun 25-dək SAT imtahanının nəticəsini elektron şəkildə “College Board”un saytı vasitəsilə DİM-ə (kod 7876) və “ADA” Universitetinə (kod 7799) göndərirlər;

-Mayın 19-dan iyunun 25-dək SAT imtahanının və ingilis dili imtahanının nəticələri barədə məlumatı (skan edərək) elektron qaydada təqdim etməklə DİM-in internet saytı vasitəsilə qeydiyyatdan keçirlər;

-İyunun 25-dək ADA Universitetinin elektron ərizə formasını doldurur, ingilis dili imtahanının nəticəsini həmin ərizə formasına yükləyir və ADA Universitetinə elektron şəkildə göndərirlər.

Abituriyentlər ali təhsil müəssisələrinə qəbul olmaq üçün fevralın 18-dən martın 5-dək aparılmış sənəd qəbulu müddətində “Abituriyentin elektron ərizəsi”ni doldurub təsdiq etdirmiş olmalıdırlar.

ADA Universitetinin hüquqşünaslıq ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır.

Seçilən
47
1
azertag.az

2Mənbələr